“Raket zərbələri zəlzələ ocaqlarını oyadır”- Qurban Yetirmişlidən SENSASİON AÇIQLAMA

“Raket zərbələri zəlzələ ocaqlarını oyadır”- Qurban Yetirmişlidən SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Raket zərbələri zəlzələ ocaqlarını oyadır”- Qurban Yetirmişlidən SENSASİON AÇIQLAMA

603490

Məlum olduğu kimi,  ötən ayın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. 

Endirilən hava zərbələrinə cavab olaraq İran ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib.

Yaxın Şərqdə davam edən vəziyyət bir çox sahələrə öz mənfi təsirlərini ilk gündən göstərməyə başlayıb.

Davam edən proses həm İran, həm qonşu ölkələr üçün ekoloji təhlükələr yaradır.

Mütəxəssislərin fikrincə, atılan raketlər həm də yeri silkələyərək zəlzələ ocaqlarını oyadır.

Maraqlıdır ki, baş verən bu proses Azərbaycanın sərhəd rayonlarında zəlzələ ocaqlarını oayada və iri dağıntılara səbəb ola bilərmi?

Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, baş verən silkələnmə bəzi zəlzələ ocaqlarını aktivləşdirə və tezləşdirə bilər:

“Bu təsirlər lokal xarakterlidir. Amma atılan raketlər səbəbindən baş verən silkələnmə bəzi zəlzələ ocaqlarını aktivləşdirə və tezləşdirə bilər. Sərhəd bölgələrimizdə lokal xarakterli xırda, hiss olunmayan təkanlar onsuz da baş verir. Demək olar ki, hər gün xırda təkanlar qeydə alınır. mma elə bir zonamız yoxdur ki, dağıdıcı zəlzələ baş vermə ehtimalı olsun”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO