Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

Hazırda oxunan: Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

603489

Dünən saat 16:00-da Bakı-Qazax avtomobil yolunun 59-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, "Mercedes Vito" avtomobil ilə "Honda" markalı avtomobil toqquşub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən və Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, çağırış ünvanına 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən 9 nəfər (8 qadın, 1 kişi) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 6 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO