Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Hazırda oxunan: Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

603243

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qeydə alınıb.

Məlumata görə, gecə saatlarında iki nəfər həmin əraziyə gələrək qaya daşlarını oğurlamağa cəhd edib.

Vətəndaşların ayıq-sayıqlığı nəticəsində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsinin qarşısı alınıb.

"Gecə burada terror ediblər. Tarixi abidəni pis günə qoyublar", - deyə Buzovna sakini bildirib.

"Bura Azərbaycanın milli sərvət statuslu qoruq ərazisidir. Yəni bu ərazi Azərbaycan xalqına məxsusdur. Biz vətəndaş olaraq Vətən daşımızı qorumaq əvəzinə onu oğurlayırıq. Vallah, at oğrusu, inək oğrusu görmüşdük, qaya oğrusu görməmişdik", - deyə digər sakin qeyd edib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı daxil olmuş məlumat əsasında araşdırmalara başlanılıb.

Polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla qanunsuz işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib. 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ələsgər Cəfərov məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Daha ətraflı "Baku TV"nin videosüjetində:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO