Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

Hazırda oxunan: Ağstafada mikroavtobus qəzaya düşdü - Xəsarət alanlar var

603143

Ağstafada mikroavtobusla minik avtomobili toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Qeyd edək ki, "Mercedes Vito"nun sürücüsü Ağstafa-Bakı marşrutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olurmuş.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO