Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Hazırda oxunan: Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

603137

Analıq həmişə sonsuz fədakarlıq kimi başa düşülüb, hüzün və gizli emosiyalarla əlaqələndirilib.

Lakin son illərin təcrübəsi göstərdi ki, qadınlar artıq əvvəlki qədər fədəkar və sevgi dolu deyillər. İlkin səbəbsə sosial media, "MeToo" kimi hərəkatlar və COVID pandemiyasıdır.

Bizim.Media “PureWow”-a istinadən qadınlardakı üsyankarlıq hallarının səbəblərini təqdim edir:

Sükut və daimi fədakarlıq gözləntisi.

Qadınlar tez-tez ehtiyaclarının ikinci dərəcəli olduğunu və öz emosiyalarının gizlədilməli olduğunu hiss edirlər.

Pandemiya katalizator kimi.

Məhdudiyyətlər, məhrumiyyətlər, ev məsuliyyətləri və evdə bütün ailə üzvlərinin əvvəlki kimi davranmaması qadınları sadəcə təbdən çıxarır.

Sosial media.

TikTok kimi platformalar analara yorğunluq və qeyri-bərabər bölünmə hisslərində tək olmadıqlarını görmək imkanı verib.
 

Lakin ana qəzəbi analıqdan imtina etmək deyil. Sadəcə olaraq qadınlara yaxşı ana olmağın fədakarlıqdan keçdiyini anlatmaq onları yorur.


Ona görə də qadınlar artıq yaxşı ana olmağın məhdud, ideallaşdırılmış versiyasını rədd edirlər.

Ana qəzəbindən necə istifadə etməli?

Qəzəbi bir siqnal kimi qəbul edin. Bu, məğlubiyyət deyil, bir şeyin işləmədiyinin sübutudur. Buna görə də ilkin olaraq qəzəbin mənbəni müəyyən etmək lazımdır.

Axı qəzəbdə kədər, qorxu və ya məyusluq kimi daha dərin emosiyaları gizlənir.

 

Bunun qarşısını almaq üçün həmfikir insanlarla əlaqə quraraq qadınların sinir sistemini sakitləşdirməyə və sağ qalma rejimindən hərəkət rejiminə keçmək lazımdır.


Əvvəlcə sərhədlər və məqsədlər müəyyən edilməlidir. Bundan sonra nəyin dəyişdirilə biləcəyinə, nəyin tədricən və nəyin uzunmüddətli perspektivdə dəyişdirilə biləcəyinə baxmaq lazımdır.

Çalışmaq lazımdır ki, qadın etdiyi fədəkarlığın boş olmadığına inansın. Ətrafından sevgi və diqqət görməsi qadının emosiyalarını və qəzəbini daha tez sakitləşdirə bilər.

Hətta emosional partlayış əvəzinə, faydalı enerjə çevirmək mümkündür. Bunun üçün ailədə məsuliyyətlərin yenidən bölüşdürülməsinə baxmaq lazımdır.

Unutmayaq ki, ana qəzəbindən qurtulmaq yalnız özünütənzimləmə yolu deyil, həm də qəzəbi zəruri edən şərtləri dəyişdirməklə əldə edilə bilər

2026-cı il anaların mənfi emosiyalarını konstruktiv qüvvəyə çevirməyin əsl vaxtıdır. Bu, sadəcə emosional inqilab deyil, həm də qəzəbin səbəblərini aradan qaldırmaqdır.

Nəticə isə analığın yeni bir səviyyəsini müəyyən edəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO