Rusiya alimləri yeraltı temperatur sensorları vasitəsilə zəlzələləri proqnozlaşdırmağı öyrəniblər - bu yenilik seysmik fəlakətlər zamanı insanların xəsarət almasının və həlak olmasının qarşısını almağa kömək edə bilər.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 30 il davam edən araşdırma zamanı mütəxəssislər belə bir məqamı müəyyən ediblər:
Zəlzələ baş verməzdən əvvəl yerin altında su hərəkət etməyə başlayır və bu da quyularda temperaturun sabit şəkildə dəyişməsinə səbəb olur.
Bu dəyişiklikləri izləyərək alimlər zəlzələnin neçə saat və ya neçə gün sonra baş verəcəyini hesablaya bilirlər.
Metod artıq sınaqdan keçirilib:
Mütəxəssislərin proqnozu 2008-ci ildə Kuril adalarında baş verən zəlzələdən 8 gün əvvəl və 2011-ci ildə Yaponiyanın Tohoku bölgəsində baş verən 9 ballıq güclü zəlzələdən bir neçə gün əvvəl özünü doğruldub. Həmin vaxt yerli alimlər həmkarlarının məlumatını nəzərə almayıblar.
Tədqiqatçılar artıq bu ixtira üçün patent də əldə ediblər.
Hazırda texnologiya yalnız hadisənin vaxtını müəyyən etməyə imkan verir, dəqiq yerini və gücünü isə yalnız geniş müşahidə şəbəkəsi olduqda təyin etmək mümkündür.
Layihə iştirakçılarının sözlərinə görə, bu metoda artıq ABŞ, Çin, Yaponiya və Avropa da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən mütəxəssislər maraq göstərirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:11 / 24.03.2026
Zəlzələni proqnozlaşdıracaq yeni üsul
Hazırda oxunan: Zəlzələni proqnozlaşdıracaq yeni üsul
Hazırda oxunan: Zəlzələni proqnozlaşdıracaq yeni üsul
603134
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































