2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatır. Proses 16 fevral saat 00:00-dək davam edəcək.
Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu günədək tələbə krediti üçün 5651 müraciət qeydə alınıb. Onlardan 2447-si rəsmiləşdirilib, təhsil haqqı ödənilib.
Fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:31 / 15.02.2022
Kredit üçün müraciət edən bu tələbənin təhsil haqqı ödənildi
Hazırda oxunan: Kredit üçün müraciət edən bu tələbənin təhsil haqqı ödənildi
Hazırda oxunan: Kredit üçün müraciət edən bu tələbənin təhsil haqqı ödənildi
60312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.