Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

Hazırda oxunan: Ağdaşda oğul yaşlı anasını niyə ÖLDÜRÜB? – TƏFƏRRÜAT/ÖZƏL

602996

Xəbər verildiyi kimi Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilova 1989-cu il təvəllüdlü oğlu Rahib Əbilov tərəfindən qətlə yetirilib. 
Ağdaşda baş verən qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

Bu barədə Bizim.Media-nın Aran bürosuna mərhumun oğlu Mehman Əbilov məlumat verib. O, bildirib ki, hadisəni səhər eşidib:
 

MÖVZU İLƏ BAĞLI:

Ağdaşda yaşlı qadın qətlə yetirildi - FOTO


“Səhər mənə zəng gəldi ki dur özünü tez bura çatdır. Durub getdik, gördük ki, anamın meyiti yolun ortasında qalıb.

Qardaşım içkili anlaqsız vəziyyətdə olub. Necə olubsa, bilmirəm, anamı öldürüb. Əvəllər hər içəndə söz söhbət edən idi, indi bilmirik necə olub. Evdə ana-bala ikisi olub. Hələ də şokdayıq... Qardaşım həyat yoldaşını Ağdaşa anasıgilə aparıb qoyub və gəlib. Axşam da evdə olub. Anam da bacısı gilə gedib. Sonra evə gəlib. Gecə bu hadisə baş verib. Anam onun əlindən qaçmaq istəyib küçədə vurub öldürüb. Qardaşım evlidir, 3 uşağı var. Evin sonbeşiyi idi anam onunla yaşayırdı”, - deyə o, bildirib.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO