BDU-nun daha 4 fakültəsinə dekan seçildi - ADLAR

BDU-nun daha 4 fakültəsinə dekan seçildi - ADLAR

Hazırda oxunan: BDU-nun daha 4 fakültəsinə dekan seçildi - ADLAR

0:00
0:00
60297

Bakı Dövlət Universitetinin (BDU) daha 4 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçkilər başa çatıb.

Universitetdən Bizim.Media-ya verilən məlumata görə, səsvermə yolu ilə yeni dekanlar müəyyənləşib.

Yeni seçilən dekanları təqdim edirik:

Aydan Xəndan – Şərqşünaslıq fakültəsi

Laçın Abışlı - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Fuad Kərimov - Kimya fakültəsi

Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi

Qeyd edək ki, yanvar ayının ortasında BDU-nun 8 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçki keçirilib. 

Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO