Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkədə vaxt etalonunun tətbiqi istiqamətində mühüm addım atılıb.
Bizim.Media xəbər verir ki, Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsində (Paraşüt qülləsi) artıq Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əsasında vaxt göstərilir.
Bununla bağlı qüllənin yaxınlığında məlumatlandırıcı stend də quraşdırılıb.
Qeyd edək ki, Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən ötən ilin noyabr ayında təsdiq olunub.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:36 / 22.03.2026
Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO
Hazırda oxunan: Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO
Hazırda oxunan: Bakı bulvarında Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı - FOTO
602917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































