“Biz köklü islahatlara Gəncədən başlayırıqsa, bunu təqdir edirəm. Təbii ki, işlə təmin olunma səviyyəsinə də baxmaq lazımdır. Gəncədə işsizlik problemi var. Sosial problemlərin kifayət qədər olduğunu bilirik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı səsləndirib.
Belə ki, Gəncə şəhəri ilə bağlı deputat bir sıra təkliflərlə çıxış edib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda iki rayon ləğv edildi
“Biz dəfələrlə dedik ki, universitetlərin, nazirliklərin bir qismini Gəncəyə köçürmək lazımdır. Gəncə şəhərində metro tikintisini həyata keçirmək lazımdır. Şəhər çox böyükdür. Burada nəqliyyat infrasturkturunu yenidən qurmaq lazımdır. Gəncədə xeyli işlər görülüb, bunu bilirəm. Amma sosial gərginliyi azaldacaq, insanların məşğulluğunu təmin edə biləcək məsələlər hələ çözülməyib”.
Fikirlərinin davamında Fazil Mustafa sözügedən layihələrin Bakı və respublikanın digər bölgələri ilə bərabər aparmaq lazım olduğuni bildirib.
Millət vəkilinin səsləndirdiyi fikirlərə videodan geniş formatda tanış ola bilərsiniz:
Bizim.Media