Hələ sovetlər dövründə Novruz bayramı qadağan olunanda belə bu məhəllədə xalq oyunları keçirilib, tonqal alovlandırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin tarixi zənginliyi həm də onun məhəllələrinin adları ilə məşhurdu. Belə məhəllələrdən biri də Gəncəli məhəlləsidir ki, tarixi ənənələri nəsildən-nəslə ötürərək qoruyur, yaşadır.
Xalqımızın qan yaddaşına hopan Novruz bayramı da belə el bayramlarından biri kimi Gəncəli məhəlləsində bütün zamanlarda coşqu ilə qeyd olunub. O dövlər olduğu kimi bu gün də xeyriyyə süfrəsi açılır, gələn qonaqlar Şəki şirniyyatlarına qonaq edilir, pəhləvanların, kəndirbazların çıxışları nümayiş etdirilir.
Məclis, bahar bayramı meyxana ustadlarının ifası ilə tərəhhüm olunur. Sonda isə bayram tonqalı alovlandırılaraq konsert proqramı ilə davam edir. Bir sözlə bu gün Şəkiyə yolu düşənlər Gəncəli məhəlləsindən keçməyi unutmasınlar.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
































































































