Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək

Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək

Hazırda oxunan: Müharibə əlillərinin övladları təhsil haqqından azad ediləcək

6027

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlilliyi müəyyən edilmiş bütün şəxslərin uşaqları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad ediləcək.

Bizim.Media xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bununla bağlı “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinin (Əmək pensiyasının sığorta hissəsinə əlavələr) ləğv edilməsi və bundan irəli gələrək digər qanunlarda dəyişikliklər edilməsi təklif olunduğunu bildirib.

Əlilərin reabilitasiya müalicəsi dövlət hesabına təmin ediləcək, onlara əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər veriləcək.

Eyni zamanda əlillik göstəricisi hərəkət etmə qabiliyyətini ciddi şəkildə məhdudlaşdırdığı təqdirdə bu şəxslərə minik avtomobilləri təqdim olunacaq. Əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, bu tarixdən sonra olanlar isə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. (Apa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO