Yeni radionun açılması üçün neçə şirkət sənəd verib?

Yeni radionun açılması üçün neçə şirkət sənəd verib?

Hazırda oxunan: Yeni radionun açılması üçün neçə şirkət sənəd verib?

60259

Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə indiyədək müraciət edənlərin sayı məlum olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) yayıb.

Mənbə qeyd edir ki, Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə bu günədək iki şirkət sənədlərini təqdim edib.

Qeyd olunub ki, müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq.

Qeyd edək ki, müsabiqə üçün tələb оlunan sənədlər yanvarın 17-dən fevralın 17-dək MTRŞ-nin inzibati binasında qəbul еdilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO