Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Doğuşa gələn xəstəni pilləkənlə qaldırdılar - Gəncə xəstəxanasındakı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

602388

Xəbər verildiyi kimi sosial şəbəkələrədə Gəncə xəstəxanalarından birində liftin işləməməsi səbəbindən xəstənin xərəklə pilləkənlərlə qaldırılması ilə bağlı görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, xəstəni müşayiət edən şəxslər onu böyük çətinliklə pilləkənlərlə yuxarı qaldırırlar. Bu vəziyyət ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub.

Bizim.Media-nın yerli bürosu məsələni araşdırıb. Məlum olub ki, sözügedən görüntülər Gəncənin Abbas Səhhət adına xəstəxanasında çəkilib.
 

Məsələ ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanasından saytımıza açıqlama verilib. Bildirilib ki, həmin videoda əks olunan görüntülər doğuşa gətirilən xəstənin qaldırılması zamanı çəkilib və bu uzun müddət bundan qabaq olub:


“Abbas Səhhət adına xəstəxanada xəstələrin qaldırılması üçün lift mütəmadi olaraq fəaliyyət göstərir. Lakin həmin vaxt təəssüflər olsun ki, liftin işində problem yaranıb və lift işləməyib. Bir neçə saat müddətində liftlərə xidmət göstərən təşkilat problemin aradan qaldırılmasını həyata keçirib və lift təmir olunaraq yenidən işlək vəziyyətə gətirilib. Hazırda xəstəxanada liftin işləməsi ilə bağlı heç bir problem yoxdur”, - deyə xəstəxanadan bildirilib.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO