Biləsuvarda 34 yaşlı qadın dəm qazından zəhərlənib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Xuraman Rauf qızı Məmmədova yaşadığı evin hamam otağında huşunu itirmiş vəziyyətdə aşkar edilib.
Zərərçəkən dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Sabutay, Bizim.Media, Cənub bürosu


































































































