Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - FOTO

Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - FOTO

Hazırda oxunan: Ağdamda yeniyetmə rəssamın əl işləri sərgiləndi - FOTO

602092

Ağdam şəhərində ilaxır çərşənbə münasibətilə təşkil olunan bayram tədbirləri çərçivəsində yeniyetmə rəssam Nuray Həsənlinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Bu barədə Bizim.media-nın Qarabağ bürosuna danışan N.Həsənli bildirib ki, doğma Ağdamı görməsə də, bu şəhər haqqında daim böyüklərdən eşidib və burada rəsmlərinin sərgilənməsi onun üçün xüsusi qürurvericidir.

O qeyd edib ki, gələcəkdə bütöv Azərbaycanın rəssamı kimi Qarabağ mövzusunda yaratdığı əsərləri ölkə hüdudlarından kənarda da nümayiş etdirməyi qarşısına məqsəd qoyub.
 

Gənc rəssam əlavə edib ki, yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur və o, gələcəkdə 44 günlük Vətən müharibəsinə həsr olunan daha çox əsər üzərində işləməyi planlaşdırır.


Qeyd edək ki, Ağdam şəhərində keçirilən bayram tədbirləri çərçivəsində Ağdam Muğam Mərkəzi ətrafında konsert proqramı, əl işləri sərgisi və Qarabağa məxsus milli mətbəx nümunələri sakinlərə təqdim olunub.










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO