Azərbaycan bu ilin yayında Qırğızıstanda 5 ulduzlu hoteli istifadəyə verəcək

Azərbaycan bu ilin yayında Qırğızıstanda 5 ulduzlu hoteli istifadəyə verəcək

Hazırda oxunan: Azərbaycan bu ilin yayında Qırğızıstanda 5 ulduzlu hoteli istifadəyə verəcək

602084

Qırğızıstanda İssık-Kul gölünün sahilində Azərbaycan tərəfinin inşa etdiyi müasir beşulduzlu hotelin 2026-cı ilin yayında istifadəyə verilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov report.az-a müsahibəsində bildirib.
 

"İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisi yekunlaşma mərhələsindədir. Hotelin bu ilin yayında istifadəyə verilməsi gözlənilir. Bu müasir turizm obyektinin açılışı Azərbaycandan Qırğızıstana turistik səfərlərin artmasına və qarşılıqlı səfərlərin coğrafiyasının genişlənməsinə şərait yaradacaq", - o qeyd edib.


M.Mamıtkanov bildirib ki, bu baxımdan Bakıdan birbaşa İssık-Kula, Tamçı hava limanına mövsümi birbaşa reyslərin təşkili üzrə hazırlıq işləri aparmağa başlanıb:

"Perspektivdə dağ-xizək mövsümünün başlaması ilə bu aviareysləri İssık-Kuldakı qış turizm paytaxtı olan Karakol şəhərinə yönəltmək mümkün olacaq".

O vurğulayıb ki, Qırğızıstan və Azərbaycan arasında hava əlaqəsinin inkişafı iki ölkə üçün prioritet vəzifələrdən biridir:

"Uçuşların tezliyi 2024-cü ildəki həftədə bir dəfədən 2025-ci ildə həftədə üç reysə qədər artıb. 2026-cı ildə ölkələrimiz arasında turist axınının artması ilə bağlı gözləntilər var ki, bunun nəticəsində Bakıdan Bişkekə, perspektivdə isə Oş şəhərinə və Mərkəzi Asiyanın incisi olan İssık-Kul gölünə uçuşların genişləndirilməsini gözləmək olar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO