Şəki şəhərindən olan gənc tələbə Yusif Vəliyev dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir neçəsinə qəbul olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son olaraq o, “The University of Hong Kong” universitetindən qəbul məktubu alıb.
Bu universitet QS World University Rankings siyahısında dünyanın TOP-11 universitetləri sırasında yer alır.
Qeyd olunur ki, Yusif Vəliyev Respublika Fənn Olimpiadaları və digər müsabiqələrdə biologiya fənni üzrə 8 dəfə qalib adını qazanıb. Keçən il isə Türkiyənin ən rəqabətli təqaüd proqramlarından biri olan YTB – Türkiye Bursları proqramının “Üstün Başarı Bursu” təqaüdünün qalibi olub.
Yusif Vəliyev həmçinin yaratdığı Lagosta Academy startapı vasitəsilə artıq 3 ildir olimpiada iştirakçılarına dəstək verir.
Bundan başqa, onun biologiya sahəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası çərçivəsində 2 elmi məqaləsi dərc olunub.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu





























































































