Hərbi Hava Qüvvələrinə həsr olunan tədbir keçirildi - FOTO/VİDEO

Hərbi Hava Qüvvələrinə həsr olunan tədbir keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Hərbi Hava Qüvvələrinə həsr olunan tədbir keçirildi - FOTO/VİDEO

60157

Bu gün Təlim və Tədris Mərkəzində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə “Hava şahinlərimizin Vətən müharibəsinin qazanılmasında rolu” adlı tədbir keçirilib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, birinci Qarabağ müharibəsində iştirak etmiş veteran helikopterçilər iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyindən həftəlik İCMAL - VİDEO


Polkovnik Elşad Pənahov müdafiə naziri Zakir Həsənovun və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun adından şəxsi heyəti  təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Digər çıxış edənlər də ölkə Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıblar.

Sonra HHQ-ə həsr olunan qısametrajlı film nümayiş olunub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında konsert proqramı ilə başa çatıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO