“Astara” dövlət sərhəd-buraxılış məntəqəsi vasitəsilə İrandan çıxarılan şəxslərin təxliyəsi davam edir.
Bizim.Media xəbər verir ki, Tehranda tibb ixtisası üzrə təhsil alan Hindistandan olan 16 tələbə sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Bununla yanaşı, Tacikistanın 3 vətəndaşı və Rusiyanın 1 vətəndaşı da sənədləri yoxlanıldıqdan və zəruri prosedurlar tamamlandıqdan sonra sərhəd-keçid məntəqəsindən keçərək təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıb.
Hazırda təxliyə tədbirləri müvafiq dövlət qurumlarının nəzarəti altında davam etdirilir.

Bizim.Media
































































































