Universitetlərdə ikinci semestr dərsləri necə KEÇİRİLƏCƏK? – Qərar VERİLDİ 

Universitetlərdə ikinci semestr dərsləri necə KEÇİRİLƏCƏK? – Qərar VERİLDİ 

Hazırda oxunan: Universitetlərdə ikinci semestr dərsləri necə KEÇİRİLƏCƏK? – Qərar VERİLDİ 

60132

Fevralın 16-da Azərbaycanın ali məktəblərində 2021-2022-ci tədris ilinin ikinci semestr dərsləri başlayır. İkinci yarımil üzrə başlanacaq tədrisin hansı formada təşkil olunması ilə bağlı qərar verilib. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mətbuat katibi Nəcibə Mirzəyeva Bizim.Media-ya açıqlamasında ikinci semestrın da birinci tədris rübü kimi hibrit formada təşkil olunacağını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Tələbələr üçün Prezident təqaüdü artırıldı - FƏRMAN 


“Dərslərin 70 faizi oflayn (əyani), 30 faaizi isə onlayn şəkildə həyata keçiriləcək. Əsasən mühazirə dərsləri onlayn şəkildə təşkil olunacaq. Məşğələ, praktik, labaratoriya dərsləri və seminarların isə əyani formada keçirilməsi nəzərdə tutulub”.

Universitet rəsmisinin sözlərinə görə COVID pandemiyası səbəbindən təhlükəsizlik tədbirləri yenə öz qaydasında qalacaq:

“Tələbələrdən yenə də I və II doz üzrə vaksin sertifikatları tələb olunacaq. Hələki üçüncü dozla bağlı peyvənd pasporti tələbi yoxdur. Universitetin bütün tədris korpuslarında divarlarda dezinfeksiyaedici məhlullar asılıb. Onlardan istifadə olunması tövsiyə edilir. Tələbələr arasında kütləvi toplaşma, eləcə də dərslərdə ara məsafələrin gözlınilməsi qaydalarına ciddi nəzarət olunacaq”.  

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO