Xaçmaz icra başçısından yeni TƏYİNATLAR – ÖZƏL

Xaçmaz icra başçısından yeni TƏYİNATLAR – ÖZƏL

Hazırda oxunan: Xaçmaz icra başçısından yeni TƏYİNATLAR – ÖZƏL

601280

Xaçmaz rayonunda yerli icra nümayəndələri arasında yerdəyişmə olub.

Bu barədə Xaçmaz İH başçısı Elnur Rzayev əmr imzalayıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə başçının Xudat şəhəri nümayəndəsi Budaq Əliyev Nabran İƏD üzrə nümayəndə, Qusarçay İƏD üzrə nümayəndə Nahid Hacıyev isə Xudat şəhərinə nümayəndə göndərilib.
 

Başçının digər əmrilə Nabran İƏD üzrə nümayəndə Nəzakət İskəndərova Yalama İƏD üzrə nümayəndə,Yalama İƏD üzrə nümayəndə Rüfət Sərdarov isə Qusarçay İƏD üzrə nümayəndə təyin edilib. 


Bundan əlavə Susay İƏD üzrə nümayəndə Ruslan Məmmədov isə Qaraçı İƏD üzrə nümayəndə vəzifəsinə təyinat alıb.

Qaraçı içra nümayəndəsi Elçin Abdullayev isə Aşağı Zeyid İƏD üzrə nümayəndə təyin edilib.

Aşağı Zeyid İƏD üzrə başçının nümayəndəsi Fərman Babayev Hacıləlibəy İƏD-nə nümayəndə Hacıəlibəy İƏD üzrə nümayəndə Elnur Bağıyev Çarxı İƏD üzrə nümayəndə vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elnur Rzayev ümumulikdə 10 inzibati ərazi dairəsinin nümayəndələri arasında yerdəyişmə aparıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO