Bir kənd boyda olsa da, bütün dünyanın diqqəti ORADADIR – ABŞ bu adanı ələ keçirsə...

Bir kənd boyda olsa da, bütün dünyanın diqqəti ORADADIR – ABŞ bu adanı ələ keçirsə...

Hazırda oxunan: Bir kənd boyda olsa da, bütün dünyanın diqqəti ORADADIR – ABŞ bu adanı ələ keçirsə...

601172

Müharibə başlayandan sonra başqa istiqamətlərdə neft nəqli azalsa da, İrandan Çinə Hörmüz vasitəsilə neft nəqli daha da artıb. Məlumata görə, müharibə başlayan 12 gün ərzində İran boğaz vasitəsilə Çinə ən azı 11,7 milyon barel neft göndərib. 

Bu isə təbii ki, ABŞ-ı ciddi şəkildə narahat edir. Ona görə də, ABŞ Prezidenti Donald Tramp İranın xam neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi Fars körfəzindəki strateji Xarq adasını ələ keçirməyi planlaşdırır.

“Axios” nəşri yazır ki, adaya nəzarət İran iqtisadiyyatına ciddi təzyiq göstərə və enerji ixracatını kəskin poza bilər.

Qeyd edək ki, Xarq adası qlobal neft ticarətində İranın ən vacib ixrac mərkəzlərindən biridir. ABŞ-İsrail və İran arasında artan münaqişə fonunda Tramp administrasiyasının adaya qarşı potensial hərbi əməliyyatı regionda güc balansını dəyişdirə biləcək addım kimi qiymətləndirilir.

Yaranmış durumda neft böhranı daha da dərinləşəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirir ki,  İran-ABŞ, İsrail müharibəsi birmənalı şəkildə neftin qiymətinə artırıcı təsir göstərir:

“Bununla yanaşı, neft tranzitini məhdudlaşdıracaq istənilən cəhd də dünya bazarlarında “qara qızıl”ın qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Hörmüz boğazından neftə olan gündəlik tələbatın 20-25 faiz daşınması həyata keçirilir. Həmin məsələ də İran tərəfindən sabotaj edilir. Amma İranın öz şirkətlərinə münasibətdə hələlik bu məhdudiyyət yoxdur”.

Ekspert qeyd edir ki, hansısa formada qarşı tərəf də İranın ixracını məhdudlaşdıracaq addımlara keçərsə, bu halda qiymətlər bir qədər də bahalaşacaq:

“Qiymətlərin bahalaşma səviyyəsini proqnozlaşdırmaq isə çətin məsələdir. Çünki hazırda bazar proqnozlaşdırılan deyil. Qiymətlər geniş diapozonda istənilən növ neqativ və pozitiv informasiyaya reaksiya verir. Bu həftə ərzində qiymət bir barel üçün 35 dollarlıq diapozonda dinamika nümayiş etdirib”.

Ekspert hesab edir ki, artım səviyyəsinin dərinliyi prosesin hansı müddətə qədər davam etməsi və hansı istiqamətdə nə qədər məhdudlaşdırıcı addımların atılmasından asılı olacaq:

“İstənilən halda, neft hasilatı infrastrukturuna vurulan zərər və neft tranziti xətlərinin məhdudlaşdırılması tədbirləri neftin qiymətini artırır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO