Gəncədə 2 maşın toqquşdu - 7 nəfər xəstəxanaya aparıldı

Gəncədə 2 maşın toqquşdu - 7 nəfər xəstəxanaya aparıldı

Hazırda oxunan: Gəncədə 2 maşın toqquşdu - 7 nəfər xəstəxanaya aparıldı

600606

Gəncədə 7 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan "VAZ 21010" ilə "Hyundai" markalı minik avtomobilləri toqquşub. 

Qəza zamanı 2006-cı il təvəllüdlü A.Rəhimov, 2007-ci il təvəllüdlü İ.Yusibov, 2009-cu il təvəllüdlü Ə.Bağırov, 2009-cu il təvəllüdlü N.Musazadə,  2011-ci il təvəllüdlü A.Musazadə, 1975-ci il təvəllüdlü A.Musazadə və 1977-ci il təvəllüdlü V. Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib, bəzilərinin  vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO