İrandan Azərbaycana təxliyə olunanların sayı 2 mini keçdi - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı 2 mini keçdi - FOTO

Hazırda oxunan: İrandan Azərbaycana təxliyə olunanların sayı 2 mini keçdi - FOTO

600573

Fevralın 28-i saat 8:00-dan martın 9-u saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 2 057 nəfər təxliyə olunub.

Bizim.Media xəbər verir ki, təxliyə olunanların 362 nəfəri Azərbaycan vətəndaşıdır.
 

Eyni zamanda 594 Çin, 291 Rusiya, 174 Tacikistan, 137 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 29 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 15 Almaniya, 13 Gürcüstan, Macarıstan 12, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Nigeriya, 8 Braziliya, 9 Böyük Britaniya, 8 Qazaxıstan, 10 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 8 Kanada, 6 Belçika, 5 Serbiya, 5 Əfqanıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstriya, 6 Rumıniya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Küveyt, 4 Banqladeş, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Xorvatiya, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, 2 Sloveniya, 2 İsveç, həmçinin 12 Polşa, Avstraliya, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir 1 və ABŞ-ın hər birinin 2 vətəndaşı Azərbaycana təxliyə olunub.


Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.

Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO