Bakıda 30 yaşlı kişi qətlə yetirildi 

Bakıda 30 yaşlı kişi qətlə yetirildi 

Hazırda oxunan: Bakıda 30 yaşlı kişi qətlə yetirildi 

60046

Bakıda qətl hadisəsi baş verib. 

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. 

İstintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO