Azərbaycanda balıq BAHALAŞDI - VİDEO

Azərbaycanda balıq BAHALAŞDI - VİDEO

Hazırda oxunan: Azərbaycanda balıq BAHALAŞDI - VİDEO

600431

Novruz bayramı ərəfəsində balıq bazarlarında ən çox tələb olunan balıqlardan biri kütümdür.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, son günlər İranda baş verənlər fonunda Azərbaycana İrandan kütüm idxalı kəskin azalıb.

Onlar bildiriblər ki, mövcud qıtlıq qiymətlərə də ciddi təsir edib. Əvvəlki aylarda 10-15 manata təklif olunan kütüm indi 20-25 manata qədər bahalaşıb.

Kütüm balığı süni göllərdə yetişdirilmədiyi üçün bazar, əsasən təbii ovdan asılıdır. Bu isə təklifin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb olur. Bahalaşma digər balıq növlərində də hiss olunur. Xüsusilə forel balığı son günlər bazarlarda xeyli azalıb.

Satıcılar bildirirlər ki, xarici ölkələrdən balıq idxalı davamlı olsa və ov həcmi artsa, bazarda qiymətlər tədricən sabitləşə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO