İrandan xarici diplomatların təxliyəsi davam etdirilir.
Bizim.Media xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə Sloveniya səfirliyinin 2 nümayəndəsi, Rumıniyanın 2, Belçikanın 3 və İsveçrənin 1 diplomatı təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə olunan şəxslər müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar. Xarici diplomatların təxliyəsi mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, bir qədər əvvəl Macarıstanın İrandakı səfiri və səfirliyin 8 əməkdaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olublar.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
19:39 / 08.03.2026
Daha 4 ölkənin diplomatları Azərbaycana təxliyə edildi
Hazırda oxunan: Daha 4 ölkənin diplomatları Azərbaycana təxliyə edildi
Hazırda oxunan: Daha 4 ölkənin diplomatları Azərbaycana təxliyə edildi
600397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































