Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:53 / 08.03.2026
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər - VİDEO
Hazırda oxunan: Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər - VİDEO
Hazırda oxunan: Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər - VİDEO
600384
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































