76 nəfər İrandan Azərbaycana təxliyə olundu - Aralarında diplomatlar da var - FOTO

76 nəfər İrandan Azərbaycana təxliyə olundu - Aralarında diplomatlar da var - FOTO

Hazırda oxunan: 76 nəfər İrandan Azərbaycana təxliyə olundu - Aralarında diplomatlar da var - FOTO

600248

Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə 76 nəfər təxliyə olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq saat 21:00-dək davam edən proses zamanı müxtəlif ölkələrin vətəndaşlarının Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə keçidi təmin edilib.

təxliyə olunanlar arasında 1 nəfər Avstriya səfiri, həmçinin İranda fəaliyyət göstərən xarici diplomatik nümayəndəliklərin 8 əməkdaşı yer alıb.

Həmin diplomatların 1-i ABŞ, 2-si Yaponiya, 1-i Pakistan, 4-ü isə Avstriya vətəndaşıdır.

Bundan başqa, təxliyə olunanlar arasında 3 nəfər Azərbaycan, 11 nəfər Yaponiya, 5 nəfər Özbəkistan, 2 nəfər Nigeriya və 42 nəfər Çin vətəndaşı da var. Onların hamısı İrandan Azərbaycan sərhədi vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub.


Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO