Azərbaycan çörəyi yeyib Tehrana xidmət edənlər— Ağdamın daşını sökənlərə İlqar Əlfi sevgisi - FOTO/VİDEO

Azərbaycan çörəyi yeyib Tehrana xidmət edənlər— Ağdamın daşını sökənlərə İlqar Əlfi sevgisi - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan çörəyi yeyib Tehrana xidmət edənlər— Ağdamın daşını sökənlərə İlqar Əlfi sevgisi - FOTO/VİDEO

600072

"Atam mənə deyərdi ki, İlqar, görsən ki, nəyisə başa düşmürsən, fikir bildirmə, axırını gözlə, nəylə bitdiyini görəndə, kələfin ucundan tutub, geriyə qayıtmaq asan olur, konkret həmin hadisədə fayda verməsə belə, gələcəkdə bənzər hadisələr üçün həm təcrübə, həm də immunitet yaranır..."

Bunu sosial şəbəkədə qocaman jurnalist İlqar Əlfi yazıb. Vaxtilə onun atası, yazıçı Əlfi Qasımovun qızıl kimi nəsihətini isə yaşı 70-i keçmiş İlqar Əlfi hələ başa düşməyib.

Əgər İlqar və onun kimilər bilmədiyi, başa düşmədiyi mövzularda sosial şəbəkələrdə mollalıq etməsəydi, heç belə bir yazıya da gərək olmazdı. Yox, İlqar Əlfi bilərəkdən İranpərəslik, daha dəqiqi Xameneiçilik edirsə, bu daha pisdir və biabırçılıqdır.



Yeri gəlmişkən, bundan əvvəl də ruspərəslik edirdi.

Bu mollabaş yaxşı bilir ki, İran Azərbaycanın maraqlarına qarşı olduğunu gizlətməyib, torpaqlarımız işğal altında olanda da İran düşmənin yanında idi.
 

İlqarın ata yurdu Ağdamda evlərinin daşını, əzizlərinin qəbri üstündən mərmər sinə daşlarını söküb daşıyan bu İran rejimi idi. Heç şübhəsiz ki İlqar Əlfinin ata yurdundakı evin də daşları Xamenei rejiminin ermənilərlə sövdələşməsi nəticəsində daşınmışdı.


İndi İlqar Əlfi qoca başına yağmalı olan o daşları feysbukda Azərbaycan dövlətinə atır. Özünü Xamenei yolunda öldürən bu adam heç olmasa, Ağdamdan, öz ata yurdu işğal altında olanda Xamenei ağasının elədiklərindən utanmalıdır.



İlqar Əlfinin vaxtilə qulluq etdiyi hərbi tərcüməçi vəzifəsinə rusların kimləri qəbul etdikləri aydındır. Onun Qarabağ hadisələrindəki müəmmalı gedişləri, "Azadlıq" meydanının tribunalarında görünüb, 19 Yanvar gecəsi itməyi, Azərbaycan hökumətinin yüksək vəzifəlilərinin və bir neçə jurnalistin olduğu, Qarakənd səmasında qəzaya uğrayan təyyarəyə minməkdən bir həmyerlisi ilə son anda imtina etməsini də həmyaşıdları yaxşı bilir.

Bir vaxtlar Mütəllibovun yanında, sonra Avropa paytaxtlarının birində "narıncı qiyafədə" peyda olmağı da unudulmayıb.  Amma tövbə edib, dövlət humanist üzünü göstərib. Bu qoca yaşında yenə başqalarının qapısından "mədət umur, trolluq edir.

Bu ölkənin güclü olduğu hər addımı özü üçün təhdid bilən bir ölkəyə necə belə yaltaqlanmaq olar? 


İranın dini rejiminin İslamla, dini dəyərlə heç bir bağlılığı olmadığını şərqşünas İlqar Əlfi də, Əziz Rzabəyli də, Aydın Talışınski də, Kamran Ağabalayev də, Afiq Əli də, başqa bu cür "mollabaşlar" da qəşəng bilirlər. 

Onlar çox əla bilirlər ki, İran rejimi proksi güclər yaradır və dəstəkləyir.

Onlar hamısı yaxşı bilir ki, İran rejimi öz əhalisinə qan uddurur, asır, insan ləyaqətini alçaldır. 

Bu "mollabaşlar" gözlərinin içinə kimi bilirlər ki, din xadimi nüvə silahı yaratmaqla məşğul olmur, din xadiminin hərbi gücü olmur, silahlı gücə başçılıq etmir.
 

Bu mollabaşlar onu da qanmalıdılar ki, yaltaqlandıqları rejimdə belə münafiqliyin cəzası asılmaqdı. Məsələn, aktyor Kamran Ağabalayevi ağası Xamenei şəriət dövlətində "qulağı sırğalı" gəzdiyi üçün asardı.


Məsələn, İlqar Əlfini də hər qəzandan "sağ çıxa bildiyi" üçün asarlar, necə ki Qaanini asdılar.

Məsələ bu İran yaltaqlarının şəxsi həyatı, yaşayışı deyil.


Məsələ odu ki, Azərbaycan dövlətinin yaratdığı şərait nəticəsində adam olub, oxuyub, bu ölkənin pulu ilə ev-eşik sahibi olub, status qazanıb, 5 adam içində tanınıb, sonra o məşhurluqdan bu dövlətə qarşı istifadə eləmək, bu dövlətin maraqları əleyhinə təbliğat aparmaq, başqa ölkənin siyasi şəxslərinə yaltaqlanmaq alçaqlıqdı. Bunun başqa yumşaq ifadə forması yoxdur.

Kiminsə aftafa daşıyanı olanları artıq dövlət də, cəmiyyət də yaxşı tanıyır. 

Bu mollabaşlar hamısı kor gözləri ilə görürlər ki, Naxçıvana dron İrandan atılıb, atılan raket İrana məxsusdu. 

Hələ də "sıvama" ilə məşğuldular. " İrana təxribat ediblərmiş". Onu da İran araşdırsın, İran ordusunun içi satqınlarla doludusa, bu, Azərbaycanın problemi deyil. 

Hər addımda bir nağıl uydurmaq, hər addımda İslamı cəhalətə sürükləyən, qan və nifrət yayan bir rejimin bu qədər abırsızcasına təbliğatı ilə məşğul olmaq, onun trolluğunu etmək artıq yetər.

Bəlkə bu trolları göndərək, gedib İranda ağalarına sipər olsunlar.

Orda satqınları asırlar!

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO