Bu gün Qusar Rayon İcra Hakimiyyətində “Rayon ərazisində fəaliyyət göstərən dövlət qurumları ilə bələdiyyələrin qarşılıqlı əməkdaşlığı və bələdiyyələrin qarşılaşdığı problemlər: əsas çətinliklər və onların həlli yolları” mövzusunda seminar-müşavirə keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, seminar-müşavirədə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, Xaçmaz Regional Ədliyyə İdarəsinin rəisi Qədir Paşayev, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənov, Əmlak Məsələləri Xidmətinin Xaçmaz Ərazi Şöbəsinin sektor müdiri Hacılar Yusifov, Qusar Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elçin Hacıyev, qiymətləndirmə sahəsində fəaliyyət göstərən “Arfin” MMC-nin baş mühəndisi Ramin Surxayev, həmçinin yerli bələdiyyə sədrləri iştirak ediblər.
Seminar-müşavirədə dövlət qurumları ilə bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi, torpaq münasibətlərinin hüquqi tənzimlənməsi, torpaq uçotunun aparılması, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastr məlumatlarının dəqiqləşdirilməsi, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.
Müşavirə çərçivəsində bələdiyyə sədrləri tərəfindən yerli özünüidarəetmə fəaliyyətində rast gəlinən çətinliklərin aradan qaldırılması istiqamətində təklif və tövsiyələr səsləndirilib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
20:07 / 05.03.2026
Qusarda seminar-müşavirə keçirildi - FOTO
Hazırda oxunan: Qusarda seminar-müşavirə keçirildi - FOTO
Hazırda oxunan: Qusarda seminar-müşavirə keçirildi - FOTO
599908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































