Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində iri maliyyə dələduzluğunun üstünü açıb.
Bizim.Media “virtualaz.org” saytına istinadən xəbər verir ki, bununla bağlı Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib.
Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
MÖVZU İLƏ BAĞLI:
DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi – Polkovnik saxlanıldı
Keçirilən əməliyyat tədbirləri nəticəsində Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu da həbs edilib.
Zabit 450 min manatı mənimsəməkdə ittiham olunur.
Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib.
Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.
Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı.
Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:48 / 13.02.2022
Müdafiə Nazirliyində iri maliyyə dələduzluğu: 4 yüksək rütbəli zabit həbs edildi
Hazırda oxunan: Müdafiə Nazirliyində iri maliyyə dələduzluğu: 4 yüksək rütbəli zabit həbs edildi
Hazırda oxunan: Müdafiə Nazirliyində iri maliyyə dələduzluğu: 4 yüksək rütbəli zabit həbs edildi
0:00
0:00
59966
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.