Bakıdakı yanğını dövlət xidmətinin əməkdaşı törədib – DETALLAR

Bakıdakı yanğını dövlət xidmətinin əməkdaşı törədib – DETALLAR

Hazırda oxunan: Bakıdakı yanğını dövlət xidmətinin əməkdaşı törədib – DETALLAR

599595

Ötən ilin yayında Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında baş verən yanğınla bağlı məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına "Bakı Abadlıq Xidməti" MMC-nin bağbanı 1995-ci il təvəllüdlü B.A. çıxarılıb.

Məlum olub ki, onun odla ehtiyatsız davranması nəticəsində 863 ağac yanıb və təbiətə 25 min manat ziyan dəyib.
 

Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs ağaclıq sahəyə gəlib qurumuş otları ona verilmiş otbiçən maşınla təmizləmək əvəzinə, öz işini asanlaşdırmaq məqsədilə kibritlə otları yandırıb, daha sonra həmin alovu söndürmək istəsə də, hava şəraitinin küləkli olması səbəbindən buna nail ola bilməyib.


Bağban hadisə yerinə gəlmiş şəxslərə qorxduğu üçün çay qaynatmaq məqsədilə yandırdığı ocağın alovunun yayılması nəticəsində yanğının baş verməsini deyib. O törətdiyi əməldən peşman olduğunu bildirib.

Məhkəmənin qərarına əsasən, bağbanın azadlığı 1 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, "Bakı Abadlıq Xidməti"nin rəhbəri Bünyad Qasımovdur. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO