Ağdaş rayonunda ağır qəza: 1 ölü, 3 yaralı var - FOTO

Ağdaş rayonunda ağır qəza: 1 ölü, 3 yaralı var - FOTO

Hazırda oxunan: Ağdaş rayonunda ağır qəza: 1 ölü, 3 yaralı var - FOTO

59928

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonunun Zeynəddin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

MÖVZU İLƏ BAĞLI:

Bakıda təcili yardım qəza etdi, yaralı var – VİDEO/YENİLƏNİB
 

İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Xocalı sakinləri olan Salahov Nazim Hüseyn oğlu, Muradov Kərəm Mürşüd oğlu, Muradova Əsli Qurban qızı Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib

Yaralılardan Salahov Nazim Hüseyn oğlu xəstəxanada dünyasını dəyişib.

Muradov Teymur Mürşüd oğlu isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO