Göyçayda ana və oğlunu vurub qaçan avtomobilin sürücüsü saxlanıldı - FOTO

Göyçayda ana və oğlunu vurub qaçan avtomobilin sürücüsü saxlanıldı - FOTO

Hazırda oxunan: Göyçayda ana və oğlunu vurub qaçan avtomobilin sürücüsü saxlanıldı - FOTO

59927

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücü tapılıb.

Bizim.Media xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən "Mega" marketin qarşısında sürətlə hərəkət edən 99-LY-075 dövlət nömrə nişanlı "BMW" markalı minik avtomobili mağazadan işdən çıxaraq yolu keçən piyada 1984-cü il təvəllüdlü Nəsirova Türanə Elsevər qızını və onun 14 yaşlı oğlu Oqtay Nəsirovu vurub.

MÖVZU İLƏ BAĞLI:

Xocavənddə qəza törədən sürücü saxlanıldı - 21 nəfər xəsarət alıb


Hadisə piyada zolağının üstündə baş verib.

Yaralılar yaxınlıqdakı insanların köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Uşaq aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Qadının vəziyyəti ağır olaraq qalır.

Piyadaları vuraraq hadisə yerindən qaçan avtomobilin sürücüsünün Göyçay rayon sakini Sadıqov Vəfadar İlqar oğlu olduğu müəyyən edilib.

O, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO