Bakıda 18 bağ evindən oğurluq edildi - FOTO 

Bakıda 18 bağ evindən oğurluq edildi - FOTO 

Hazırda oxunan: Bakıda 18 bağ evindən oğurluq edildi - FOTO 

59856

Binəqədi rayonu Goradil bağlar massivində yerləşən evlərdən birindən oğurluq edilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Zərərçəkmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. 

Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. 

Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zərdab rayon sakini Asif Ağayev saxlanılıb. 

Polis Bölməsində araşdırma aparılan zaman Asif Ağayevin paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 18 həyət evindən müxtəlif vaxtlarda məişət əşyaları, təmir-tikinti alətləri, su nasosları və digər əşyalar oğurladığı məlum olub. 
O, izahatında etdiyi oğurluqları etiraf edib. 

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO