“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

Hazırda oxunan: “Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

598542

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, daha sonra dövlətimizin başçısı Xocalı sakinləri ilə söhbətləşib:

Qadın sakin: Bizə bu sevinci yaşatdınız, qürur duyuruq Sizinlə. Cənab Prezident, razı olarsınızmı Sizin boynunuzu qucaqlayıb, üzünüzdən öpüm. Ona görə ki, 2011-ci ildə Siz mənim evimdə çıxış etmisiniz. Siz orada mənə söz verdiniz ki, vaxt gələcək torpaqlarımız alınacaq, sizə bundan da gözəl evlər tikiləcək. Şükür, Allah Sizi qorusun. Allah sənin balalarını, ailəni qorusun. Allah Sizi mərdimazarlardan, düşmənlərdən qorusun. Sizinlə fəxr edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Xoşbəxt yaşayın. Sağ olun.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO