Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob KEÇİRİLDİ - FOTO/VİDEO

Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob KEÇİRİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob KEÇİRİLDİ - FOTO/VİDEO

598530

Fevralın 26-da Xocalı şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş flaşmob keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə baş tutan anım aksiyası zamanı faciə qurbanları yad edilib, soyqırımı zamanı həyatını itirmiş 63 uşağın xatirəsinə 63 şam yandırılıb. Şagirdlər əllərində şam heç vaxt böyüməyən 63 uşağın adını səsləndirərək, onları doğma torpaqda – Xocalıda anıblar.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, bu gün Xocalıda soyqırımı qurbanlarını unutmadığımızı dünyaya göstəririk:
 

”Bu gün burada yandırılan şam işığı ilə yaddaşımızı yenidən alovlandırırıq. Bu şamların hərəsi bir ömürdür. Yarımçıq qalmış uşaq gülüşüdür. Bir ana harayıdır. Bu şamlar, Xocalının 63 körpəsi üçün yanır. Onlar məktəbə getməli, böyüməli və yaşamalı idilər. Bu alov onların yarımçıq qalan ömürlərinin işığıdır. Bu şamlar həm də analar, ailəsini qorumağa çalışan atalar üçündür. Bu şamlar sönmüş həyatların deyil, sönməyən həqiqətin şamıdır”.


Tədbir şagirdlər tərəfindən səhnələşdirilmiş ədəbi-bədii kompozisiyanın nümayişi, Xocalı faciəsinə aid şeirlərin səsləndirilməsi ilə davam edib.

Flaşmob çərçivəsində Xocalı dəhşətini əks etdirən fotosərgi də təşkil olunub. Tədbir şagirdlərin “Xocalı azaddır!” və “Xocalını unutmadıq!” şüarları səsləndirərək, bu gün yenidən qurulan, uşaq gülüşləri ilə dolan, doğma sakinlərinin nəfəsi ilə isinən Xocalıya həsr olunmuş “Ay Xocalı” mahnısının sədaları altında düzülərək, “Xocalı” sözünü yazıb, qurbanları yad etməklə başa çatıb.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO