“Çox istəyərdim ki, Xocalıda olum, amma səhhətim imkan vermir”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Demokrat.az”a açıqlamasında Azərbaycanın keçmiş Baş naziri Artur Rasizadə deyib.
Uzun illər hökumətə rəhbərlik etmiş Artur Rasizadənin bu gün 91 yaşı tamam olur. Dövlət xadiminin sözlərinə görə Xocalı faciəsindən sonra heç vaxt ad günü keçirməyib. O bildirib ki, əvvəllər Qarabağda olsa da, torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərə gedə bilməyib.
“Çox-çox istəyərdim, amma, səhhətim imkan vermir, görək, bəlkə havalar düzələndən sonra inşallah. Bilirsiniz, 91 yaşda çətindir, təzyiq problemim var”.
Qeyd edək ki, Artur Rasizadə 22 il Azərbaycan Respublikasının Baş naziri olub və ölkə tarixində ən uzun müddət bu vəzifəni icra edən hökumət başçılarından biri sayılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:39 / 26.02.2026
Artur Rasizadə: “Xocalıda olmağı çox istəyirəm, amma səhhətim imkan vermir”
Hazırda oxunan: Artur Rasizadə: “Xocalıda olmağı çox istəyirəm, amma səhhətim imkan vermir”
Hazırda oxunan: Artur Rasizadə: “Xocalıda olmağı çox istəyirəm, amma səhhətim imkan vermir”
598478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































