Ötən il Türkiyədə nikaha daxil olan azərbaycanlı xanımların SAYI

Ötən il Türkiyədə nikaha daxil olan azərbaycanlı xanımların SAYI

Hazırda oxunan: Ötən il Türkiyədə nikaha daxil olan azərbaycanlı xanımların SAYI

598471

2025-ci ildə Türkiyə vətəndaşları ilə nikaha daxil olan əcnəbi qadınların sayı açıqlanıb.

Bizim.Media “Modern.az”a istinadən xəbər verir ki, Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatlarına görə, Türkiyədə evlənən xarici gəlinlərin ümumi sayı 28 646 nəfər olub.
Statistika göstərir ki, bu rəqəmin 5,7%-ni rus qadınları təşkil edib. Suriyalı qadınlar 13,8% ilə birinci yeri tutub, ardınca Özbəkistan(13,7%), Mərakeş (9,6%) gəlir. Azərbaycanlı xanımlar (6,8%) siyahıda 4-cü yerdədir. Ötən il 1947 azərbaycanlı xanım Türkiyə vətəndaşları ilə nikaha girib.

Bununla yanaşı, ötən il 5 347 türk qadını xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Xarici kürəkənlər arasında suriyalılar 20,9% ilə birinci yeri tutub. Azərbaycanlı bəylərlə ailə quran türk xanımlarının sayı isə 251 olub. Bu əcnəbi vətəndaşlarla evlənən Türkiyənin xanım vətəndaşlarının 4,7%-ni təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO