Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları faciənin 34-cü ildönümünə həsr olunmuş “Xocalı, Sən də Azadsan!” adlı maraqlı tamaşa hazırlayıblar.
Bizim.Media xəbər verir ki, yerli tamaşaçıların baxışına verilən tamaşanın rejissoru Leyla Abdullayevadır. Rolları Elnurə Babayeva, Teymur Mustafayev və Fəridə Həsənova ifa edib.
Zümrüd Quliyevanın müəllfi olduğu bu səhnə əsərinin əsas ideya xətti dərin psixoloji məqamlar üzərində qurulub. Tamaşada Ermənistan tərəfindən əsir saxlanılmış bir uşağın taleyi göstərilir.
İllərlə nifrət və yalan təbliğatla böyüdülmüş, azərbaycanlılara qarşı qəzəb hissi aşılanmış bu uşağın daxili dünyası səhnədə təsirli məqamlarla açılır.
Hadisələrin kulminasiya nöqtəsində isə bir erməni qadının həqiqətləri etirafı göstərilir. Erməni qadını obrazı baş verən faciələrin şahidi kimi susqunluğunu pozur, Azərbaycan əsgərinin təkidi ilə gerçəkləri dilə gətirir.
Tamaşanın ideyasına görə, onun həqiqəti etiraf etməsi mənəvi azadlığa çıxışı simvolizə edir.
Beləliklə, səhnədə yalnız torpağın deyil, insanın da azadlığı – həqiqət və ədalət qarşısında azad olması xüsusi olaraq vurğulanır. Tamaşa Xocalının azadlığı ilə yanaşı, vicdanın, insanlığın və həqiqətin azad ola biləcəyini də tamaşaçıya diktə edir.
Tədbirə rayon rəsmiləri, şəhid ailələri, qazilər və rayon sakinləri qatılıb. Tamaşa iştirakçılar tərəfindən yüksək rəğbətlə qarşılanaraq yüksək qiymətləndirilib.









Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran

- A-
- A
- A+
Cəmiyyət
14:38 / 26.02.2026
Həqiqət və insanlığın QALİBİ – Xocalıda əsir düşmüş uşağın TALEYİ - FOTO
Hazırda oxunan: Həqiqət və insanlığın QALİBİ – Xocalıda əsir düşmüş uşağın TALEYİ - FOTO
Hazırda oxunan: Həqiqət və insanlığın QALİBİ – Xocalıda əsir düşmüş uşağın TALEYİ - FOTO
598444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































