Cari ilin yanvar ayının sonunda Azərbaycanda pul kütləsinin geniş mənada (M3 aqreqatı) həcmi 48,186 milyard manat təşkil edib.
Bizim.Media Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu 2,611 milyard manat və ya 5,8 faiz çoxdur.
Bundan əlavə, 2026-cı ilin yanvar ayının sonuna manatla pul kütləsinin həcmi (M2 aqreqatı) 38,309 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,557 milyard manat və ya 10,2% çoxdur.
Hesabat dövründə M1 pul aqreqatının göstəricisi 29,859 milyard manat olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,229 milyard manat və ya 8,1% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri 56,936 milyard manat təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,845 milyard manat və ya 7,2 faiz çoxdur.
Hesabat dövründə bankların məcmu öhdəlikləri 49,529 milyard manat, balans kapitalı isə 7,407 milyard manat olub.
Beləliklə, 2026-cı ilin yanvar ayında bankların məcmu öhdəlikləri 6,7 faiz, balans kapitalı isə 10,7 faiz artıb.
Bizim.Media

































































































