Bakıda texniki baxış üçün tələb edilən avadanlıqların icarəyə verilməsi ilə bağlı elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, müvafiq dəstin nağd satış qiyməti 60 manat, icarə haqqı isə 20 manat təşkil edir.
Məsələ ilə bağlı “Oxu.az”ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, bu hal yolverilməzdir.
"Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlavəsinin tələblərinə ciddi şəkildə riayət etməlidirlər. Həmin tələblərə əsasən, avtomobildə yanğınsöndürən balon, ilkin tibbi yardım çantası və digər zəruri avadanlıqlar daim mövcud olmalıdır.
Texniki baxış zamanı bu avadanlıqların icarəyə götürülərək sonradan geri qaytarılması kimi hallar yolverilməzdir. Qeyd olunan vasitələr yol-nəqliyyat hadisələri və digər fövqəladə hallarda insan həyatının və sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, bildiririk ki, sonradan yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsində həmin avadanlıqların mövcud olmaması aşkar edilərsə, sürücü barəsində qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyət tədbirləri görülür", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 356-cı maddəsinin birinci bəndinə əsasən, maşında yanğınsöndürən balon, tibb çantası və qəza nişanı olmadıqda 50 manat cərimə tətbiq edilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:56 / 26.02.2026
Bakıda təəccüb yaradan biznes: Avtomobillərin texniki baxış avadanlıqları İCARƏYƏ VERİLİR - VİDEO
Hazırda oxunan: Bakıda təəccüb yaradan biznes: Avtomobillərin texniki baxış avadanlıqları İCARƏYƏ VERİLİR - VİDEO
Hazırda oxunan: Bakıda təəccüb yaradan biznes: Avtomobillərin texniki baxış avadanlıqları İCARƏYƏ VERİLİR - VİDEO
598430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































