Fəhlənin ölümünə görə cinayət işi başlanılıb - RƏSMİ TƏFƏRRÜAT

Fəhlənin ölümünə görə cinayət işi başlanılıb - RƏSMİ TƏFƏRRÜAT

Hazırda oxunan: Fəhlənin ölümünə görə cinayət işi başlanılıb - RƏSMİ TƏFƏRRÜAT

0:00
0:00
59843

Fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bizim.Media Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə küçə lampasını dəyişən fəhləni cərəyan vurub öldürdü


Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO