Bakıda narkokuryer 51 kq narkotiklə tutuldu – ANBAAN VİDEO

Bakıda narkokuryer 51 kq narkotiklə tutuldu – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda narkokuryer 51 kq narkotiklə tutuldu – ANBAAN VİDEO

598420

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, növbəti tədbir zamanı əvvəllər güclü təsiredici xassəyə malik psixotrop maddələrin satışını təşkil etdiyinə görə məhkum olunmuş Fuad Həsənov saxlanılıb.

Onun idarə etdiyi avtomobil və paytaxt ərazisində gizlətdiyi yerdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İran vətəndaşının tapşırığı ilə deyilən ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO