Ən güclü təsirli dərman mətbəxdədir - Keşnişin inanılmaz faydaları

Ən güclü təsirli dərman mətbəxdədir - Keşnişin inanılmaz faydaları

Hazırda oxunan: Ən güclü təsirli dərman mətbəxdədir - Keşnişin inanılmaz faydaları

598376

Keşniş sadəcə yeməyə dad verən göyərti deyil, funksional qidadır və orqanizmə real təsir göstərir. Keşnişin tərkibindəki efir yağları ona spesifik ətir və dad verir. Amma məsələ bununla bitmir. Həmin maddələr eyni zamanda antimikrob təsir göstərir, yəni zərərli bakteriyalara qarşı aktivdir.

Bizim.Media xəbər verir ki, diyetoloq Hicran Şirinov keşnişlə bağlı maraqlı məqamlara toxunub. 

Funksional qidalanmada keşniş tez-tez “detoks dəstəyi” kimi istifadə olunur. 

Ağır metallarla bağlanma potensialının olduğu bildirilir, həmçinin qaraciyər fermentlərinin fəaliyyətini stimullaşdırmağa kömək edə bilər. Xüsusilə xlorofillə birlikdə təsiri daha güclü olur.

Onun sözlərinə görə, maraqlı məqamlardan biri də budur ki, yeməkdən sonra qanda şəkərin kəskin yüksəlməsini yumşaltmağa yardımçı ola bilər və insulin həssaslığına müsbət təsir göstərə bilər. Bu səbəbdən metabolik sindrom, PCOS və insulin müqaviməti olan şəxslərin rasionunda keşnişə yer verilməsi tövsiyə olunur.

Mütəxəssis vurğulayıb ki, keşniş bağırsaq sistemi üçün də faydalıdır: 

"Köpü azaldır, həzmi rahatlaşdırır və patogen bakteriyalara qarşı aktivdir. Yağlı yeməklərin yanında süfrəyə verilməsi isə təsadüfi deyil. Bu, ənənəvi mətbəxin praktik sağlamlıq refleksidir. Keşniş toxumundan hazırlanan çay yüngül sakitləşdirici təsir göstərə, şişkinlik və PMS dövründə dəstək ola bilər".

Diyetoloq maraqlı qarışım da tövsiyə edib:

"Doğranmış keşniş + limon suyu + zeytun yağı. Yeməklərin yanında qaraciyər dəstəyi kimi istifadə oluna bilər".

Bəzən ən güclü təsir dərman qutusunda yox, mətbəxdə olur. (ölkə.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO