Tanınmış vəkil Səfər Baxşıyev dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.
Mərhum Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub. Səfər Baxşıyev müxtəlif illərdə Biləsuvar Rayon Məhkəməsində hakim kimi çalışıb, eləcə də bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib.
Uzun illər Biləsuvar rayonunda vəkil kimi işləyən S.Baxşıyev əhaliyə hüquqi xidmətlər göstərib.

Sabutay, Bizim.Media, Cənub bürosu.

























































































