Bakıda təcili yardım qəza etdi, yaralı var – VİDEO/YENİLƏNİB 

Bakıda təcili yardım qəza etdi, yaralı var – VİDEO/YENİLƏNİB 

Hazırda oxunan: Bakıda təcili yardım qəza etdi, yaralı var – VİDEO/YENİLƏNİB 

59832

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda təcili yardım avtomobilinin aşması ilə bağlı məlumat yayıb. 

İdarənin baş inspektoru Araz Əsgərli Bizim.Media-ya bildirib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. 

"Hərəkətdə olan təcili tibbi yardım avtomobilinin aşması nəticəsində sürücü baş nahiyəsindən xəsarət alıb. 

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə zamanı sürücü avtomobildə tək olub", - deyə A.Əsgərli bildirib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan sürücü Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

*** 12:48

Bakıda Təcili Tibbi Yardım maşını qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. Qəzanın görüntülərini aparıcı Zaur Baxşəliyev “Instagram” hesabında paylaşıb.

Sözügedən videonu təqdim edirik:

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO